Şəkidə “KamAZ” aşdı, xəsarət alan var

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Şəkidə xəsarətlə nəticələnən yol qəzası olub.

Publika.az xəbər verir ki, hadisə şəhərin Salman Mümtaz küçəsində baş verib.

Zaqatala rayon Bəhmətli kənd sakini, 31 yaşlı Orxan Qazıyev idarə etdiyi “KamAZ” markalı yük avtomobilini aşırıb. Nəticədə yük maşınında sərnişin qismində olan Zaqatala rayon Yuxarı Tala kənd sakini Zaur Qaracayev xəsarət alıb. Yaralı Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.





Qəzaya səbəb kimi yük avtomobilinin əyləc sistemində yaranan nasazlıq göstərilir.

Faktla bağlı araşdırma aparılır. / “Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp