Tramp Livan gerçəkliyini “ağzından qaçırıb”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Bəziləri bunun hücum olduğunu düşünür, bəziləri isə belə düşünmür”.

Publika.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında deyib.

Livanın paytaxtı Beyrutdakı partlayışla bağlı ikinci dəfə açıqlama verən Tramp hadisənin qorxunc olduğunu bir daha vurğulayıb: “Livanlılar bunun nə olduğunu hələ də bilmirlər. Kimsə bilmir. Hazırda araşdırmalar davam edir. Olayda bomba parçalarına bənzər şeylər ətrafa saçılıb. Bu, bəlkə də bir qəza idi, bəlkə də hücum idi. Mövzuya baxırıq”.





ABŞ prezidenti bildirib ki, Livanla ölkəsinin çox yaxşı münasibətləri var və bu olayda onların yanındadırlar.

Qeyd edək ki, Donald Tramp məsələ ilə bağlı ilk açıqlamasında partlayış haqqında “qorxunc hücum” ifadəsini işlətmişdi.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp