Uşaqların uşaq evinə qəbulu ilə bağlı TƏKLİFLƏR HAZIRLANIR

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Baş nazir Əli Əsədov “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 may tarixli 194 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a bildirilib ki, yeni Qərara əsasən nazirlik uşaqların uşaq evinə qəbulu və oranı tərk etməsi, həmçinin uşaq evlərində uşaqlara xidmətin təşkili, onların təminatı və yaşayış mühiti ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.

Qərarın tam mətni ilə buradan tanış ola bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp