Milyonluq qarət – Koronavirusa yoluxan ən varlı iş adamlarından biri soyuldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Rusiyanın paytaxtı Moskvada milyonluq qarət olub.

Publika.az xəbər verir ki, RİA “Novosti” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən qarətin iş adamı Oleq Tinkov və həyat yoldaşı Rina Vosmana aid kotecdə olduğunu bildirib.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxs kotecin plastik qapılarını açmağa nail olub və evdən bir milyon rubldan çox pul götürüb.

Faktla bağlı oğurluq maddəsi ilə cinayət işi başlanıb.





Qeyd edək ki, kotec sahibi Oleq Tinkov qan xərçəngindən əziyyət çəkir. O, bir müddət əvvəl koronavirus xəstəliyinə yoluxub və iyulun əvvəlində müalicə üçün İngiltərəyə yollanıb.

Tinkov məişət texnikası mağazaları şəbəkəsi, “Darya” fabrikləri, pivə istehsalı şirkəti və “Tinkoff” restoran şəbəkəsinin qurucusudur. O, Rusiyanın ən varlı iş adamları siyahısında 1,7 milyard dollar sərvəti ilə 2019-cu ildə 47-ci sırada qərarlaşıb.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp