Fəttah Heydərovun dəfn ediləcəyi yer AÇIQLANDI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov I Fəxri xiyabanda dəfn ediləcək.

Publika.az xəbər verir ki, bu barədə Milli Məclisdən bildirilib.

Qeyd edək ki, F.Heydərov ötən gecə xəstəlik səbəbindən vəfat edib.





Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub. Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləmiş, 1970-1990 –cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilib. 1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri işləyib. 1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri olub. 1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı, eləcə də Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il) IV (2010-cu il) çağırış Milli Məclisinin deputatı olub. 1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası V çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini kimi çalışıb. Azərbaycan Ağsaqqallar Şurasının sədri olub.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp