Almaniyadan peyvəndlə bağlı ŞAD XƏBƏR

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Almaniyada peyvənd və dərmanlara lisenziya vermək səlahiyyəti olan Paul-Erlix İnstitutunun prezidenti Klaus Ciçutek COVİD-19 xəstəliyinə qarşı bir peyvəndin nisbətən sürətli şəkildə hazır olacağına ümid bəslədiyini deyib.

Publika.az xəbər verir ki, ZDF telekanalına açıqlama verən Ciçutek son həftələrdə keçirilən ilk kliniki sınaqlarda bəzi peyvəndlərin COVİD-19-a qarşı insanlarda spesifik bir immunitet reaksiyası verə biləcəyini göstərdiyini deyib. İnstitut prezidenti bunu çox yaxşı xəbər kimi dəyərləndirib.

“Dünya miqyasında bu sahədə 140-150 layihə həyata keçirilir. Almaniyada hazırda 26 kliniki layihə analiz mərhələsindədir. bunların 6-da peyvəndin insanlar üçün etibarlı olub-olmadığı və təsirinə dair bilgilərin toplanıldığı mərhələ keçirilir. Nəticələr ilin sonuna qədər, bəlkə, daha əvvəl də əldə oluna bilər”, o vurğulayıb.





Ciçutek qeyd edib ki, erkən mərhələdə peyvəndin böyük qruplara inyeksiya edilməsi yaxşı fikir deyil.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp