Rusiyada alma kəskin bahalaşdı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Hazırda Rusiyada almanın 1 kiloqramı orta hesabla 136 rubla (3,2 manat) satılır ki, bu da ötən yay ilə müqayisədə, təxminən, 30% çoxdur.

Publika.az-ın məlumatına görə, Rusiya mətbuatı xəbər verir ki, bu barədə qonşu ölkənin Federal Dövlət Statistika Xidmətindən (Rosstat) bildirilib.

Məlumata görə, bəzi alma növləri xüsusilə çox bahalaşıb. Məsələn, “Fuji” növlü almanın qiyməti 46%, “Qala” növlü almanın qiyməti 44%, “Golden Delishes” növlü almanın qiyməti isə 38% artıb. Bahalaşmaya səbəb kimi yerli alma bağlarında məhsuldarlığın aşağı olması və Rusiya rublunun dəyərdən düşməsi göstərilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp