59 yaşlı aktyor cavan qızla evləndi – FOTO

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, 59 yaşlı kino ulduzu Şon Pen 4 ildir görüşdüyü 28 yaşlı sevgilisi Leyle Corcla münasibətlərini rəsmiləşdirib.

Publika.az xəbər verir ki, cütlüyün toyu gizli şəkildə baş tutub.

Bu barədə film prodüseri Mayk Medavoyun həyat yoldaşı İrena məlumat yayıb. O, instaqramında bir neçə şəkil paylaşıb ki, onlardan birində yeni evlənənlər toy üzüklərini nümayiş etdirib.





Qeyd edək ki, cütlük münasibətlərini mətbuatdan gizli saxlamağa çalışırdı. Şon Pen yalnız bu yaxınlarda verdiyi müsahibəsində Leyleni həyatının qadını adlandırmışdı.

Şon Pen 1985-1989-cu illərdə Madonna, 1996-2007-ci ildə Robin Raytla rəsmi nikahda olub. 2014-cü ildə isə aktrisa Şarlz Teronla sevgili olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp