Rusiya bu MDB ölkəsini necə ələ keçirmək istəyir? – HİYLƏGƏR PLAN

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Moldova Prezidenti İqor Dodon Dnestryanı bölgənin reinteqrasiya məsələsini həll edərkən federallaşma mövzusunun münaqişə tərəfləri, habelə beynəlxalq tərəfdaşlar tərəfindən müzakirə edilmədiyini söyləyib.

Teleqraf.com xəbər verir ki, Dodon ölkəsinin federallaşmayacağını bildirib.

“Moldovanın federallaşdırılması müzakirə oluna bilməz. Federallaşma Dnestryanı münaqişəsinin həll prosesində bir yol olmayacaq. Bu, mümkün deyil. Dnestryanı problemi beynəlxalq razılıq olarsa, həll edilə bilər”, – prezident deyib.

Onun sözlərinə görə, Qaqauz muxtariyyəti haqqında qanunlar paketinin yenidən müzakirəsi fonunda ölkənin siyasi-ərazi quruluşunda mümkün dəyişikliyi ətrafında müzakirə yaranıb.





Əlavə edək ki, 2016-cı ildə moldovalı parlamentarilər Dnestryanı bölgə ilə bağlı üç qanun layihəsi hazırlayıb. Bunlardan biri Qaqauziyadan giriş-çıxışı tənzimləyir. Digəri, münaqişəli bölgəyə dövlət səviyyəsində xüsusi statusun verilməsini nəzərdə tutur. Üçüncü layihəyə görə isə, Moldova parlamenti Qaqauziyada qurulacaq yerli hakimiyyətin razılığı olmadan hüquqi statusu haqqında qanuna düzəliş edə bilməz. 2017-ci ildə iqtidardakı demokratlar ölkə ictimaiyyətini narazı salan layihələrə düzəliş edib prezidentə təqdim etsələr də, qanun layihələri bu günədək qüvvəyə minməyib.

Dodon hesab edir ki, qanun layihələrinin ilkin variantı xarici mütəxəssislər tərəfindən sınaqdan keçirildiyi üçün ən optimalıdır: “Məhz bu paketdə ATƏT, Avropa Birliyi və digərləri israr etdilər. Bu qanunun fərqli bir variantı parlamentdə qəbul edildi, amma mən imzalanmadım və geri qaytardım. O vaxtdan bəri layihələr ilişib qaldı. Köhnə formada təsdiqlənə bilməz və yenilənməlidir”.

Bəzi moldovalı siyasətçilərinin fikrincə, “Qaqauz” adlandırılan qanunlar paketinin qəbul edilməsi böyük geosiyasi əhəmiyyətə malik ola bilər. Ancaq hökumətin siyasi əleyhdarları hesab edir ki, Dodon ölkənin federallaşması üçün cəhdlər edərək, Moskvanın maraqlarını müdafiə edir. İddiaya görə, Dodonun müdafiə etdiyi layihələr Rusiya prezidentinin Moldova üzrə xüsusi nümayəndəsi Dmitri Kozak tərəfindən hazırlanıb və ölkənin Moskvanın siyasi təsir dairəsinə almağı ehtiva edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp