“Sədərək” bazarında canlanma: – ticarət mərkəzləri açılır? –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakının “Sədərək” ticarət mərkəzində avqustun 5-dən sonraya hazırlıq görülür.

Dosye.org xəbər verir ki, ticarətçilərdən biri Hit.az-a açıqlamasında onlara sərt karantin rejiminin götürüləcəyi barədə məlumat veriliyini bildirib.

Bazar rəhbərliyinin təlimatından sonra sahibkarlar obyektlərinə baş çəkməyə, mallarını yerbəyer etməyə başlayıblar. Onlara bildirilib ki, avqustun 5-dən sonra işləyə biləcəklər.

Hazırda bəzi sahibkarlar vaxtaşırı “Sədərək”ə gedir, dükanlarına əl gəzdirir, səliqə-sahman yaradırlar.

Qeyd edək ki, avqustun 5-də 14 şəhər və rayonda sərt karantin rejimi başa çatır, yenidən hansı qərar veriləcəyi isə məlum deyil. Operativ Qərargahın hansı xidmət sahələrinə işləmək icazəsi verəcəyi hələlik açıqlanmır.

DOSYE.ORG

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp