Həbibin peşəkar karyerasında son rəqibi o döyüşçü olacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Dağıstanlı MMA çempionu Həbib Nurməhəmmədovun karyerasında son potensial rəqibi proqnozlaşdırılıb.

Publika.az xəbər verir ki, “Ultimate Fighting Championship”in təşkilatçısı Dana Uayt avar döyüşçünün son rəqibinin kanadalı Corc Sent-Pier ola biləcəyini açıqlayıb.

“İndi Həbib Qatji ilə döyüş haqqında düşünür. 30-cu döyüşdə kimin rəqibi olacağını bilmirəm. Konor Makqreqorun həmişə bu mübarizəni arzuladığını bilirəm. Sent-Pier ilə vuruşmaq? Əlbəttə ki, bu, onun karyerasında son mübarizə ola bilər” – Uayt bildirib.





Qeyd edək ki, Nurməhəmmədovla Qatji arasında sentyabr ayında son döyüş keçirilməsi planlaşdırılırdı, ancaq çempionun atası və məşqçisi Abdulmanap Nurməhəmmədovun koronavirus səbəbilə ölümündən sonra planlar dəyişdi.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp