Acunun heyran olduğu futbolçu milli komandadan qovuldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Türkiyənin qadınlardan ibarət futbol üzrə milli komandasının forvardı Aycan Yanaç heyətdən uzaqlaşdırılıb.

Publika.az xəbər verir ki, millinin baş məşqçisi Necla Güngör ona təklif göndərməyəcəyini bildirib.

“Survivor” TV yarışmasına qatılan Aycanın yenidən milliyə çağırılıb-çağırılmayacağına dair suala baş məşqçi belə cavab verib: “Siz olsanız, çağırardınız? Mənim futbolçuların burada qan-tər içində məşq edir. Bütün fikirlərini milli komandaya yönəldiblər. Bu vəziyyətdə yarışmaya gedən bir Aycanı çağıracağımı zənn etmirəm”.

Açıqlamadan xəbər tutan A.Yanaç qarşısına milli komanda ilə yarışma arasında seçim qoyulmadığını, qoyulacağı təqdirdə isə milli komandanı seçəcəyini deyib. O bildirib ki, Necla Güngör baş məşqçi olduğu müddətdə bird aha milli komandanın düşərgəsinə qatılmayacaq: “Almaniya millisinin baş məşqçisi bu durumda mənimlə qürur duyar, məni dəstəkləyərdi. Amma Necla hoca insanlara yanlış informasiya ötürür”.





Qeyd edək ki, Almaniyanın Nürnberq şəhərində 1998-ci ildə dünyaya gələn Aycan Yanaç 2 il əvvəl A milli komandasına dəvət alıb.

“Survivor” yarışmasındakı futbol matçlarında fəal çıxış edən Aycan proqramın rəhbəri Acun Ilıcalının rəğbətini qazanmışdı. Ilıcalı onu bu vaxta qədər futbolunu seyr etdiyi ən istedadlı qadın oyunçu adlandırmışdı.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp