Karvanlar Məkkəyə üz tutdu: 16 nəfər SAXLANILDI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Səudiyyə Ərəbistanı Həcc ziyarəti karvanlarının Məkkəyə gəlməyə başladığını bildirib.

Publika.az xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyi bu barədə məlumat yayımlayıb.

Bildirilir ki, Həcc karvanları Məkkəyə çatmağa başlarkən müqəddəs məkanda yeni tip koronavirusa qarşı ciddi tədbirlər artırılıb.





Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi icazəsiz Həcc ziyarəti xəbərdarlığı etsə də, bir həftə boyu bu qaydanı pozan 16 nəfər saxlanılıb.

Qeyd edək ki, nazirlik COVID-19 epidemiyası ilə əlaqədar bu il Həcc ibadətini yalnız ölkədə yaşayanlarla məhdudlaşdırılacağını, xaricdən hacı namizədi qəbul edilməyəcəyini bildirmişdi.

Ölkənin səhiyyə naziri Tofiq ər-Rəbiyə hacı namizədlərinin, xüsusən 65 yaşdan aşağı olması və xroniki narahatlıq daşımaması lazım olduğunu söyləmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp