“Yuventus” səfərdə məğlub oldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, İtaliya A Seriyasında 35-ci turun növbəti oyunu keçirilib.

Publika.az xəbər veririr, turnir cədvəlinin lideri “Yuventus” səfərdə “Udineze” komandasının qonağı olub.

Görüş gözlənilmədən “Udineze”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı “Yuventus” matçın 42-ci dəqiqəsində Mateas De Liqtin sayəsində açıb.





Fasilədən sonra 52-ci dəqiqədə meydan sahibləri hesaba tarazlıq gətirib. İlija Nestorovski fərqlənib. Oyunun son dəqiqələrində “Udineze” rəqibini əks hücumda yaxalayaraq qələbə topunu vurub. Seko Farfana adını tabloya yazdırıb.

Bu qələbə sayəsində “Udineze” xal ehtiyatını 39-a çatdıraraq turnir cədvəlində 15-ci yerə yüksəlib. “Yuventus” isə 80 xalla birinci yerdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp