Sabiq nazirlər haqqında istintaq işi açılacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Fransanın sabiq baş naziri Eduar Filipp və sabiq səhiyyə nazirləri Olivier Veranla Aqnes Buzin haqqında istintaq işi açılacaq.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəmə prokuroru François Molins bildirib.

Prokurorun sözlərinə görə, sabiq hökumət üzvləri COVID-19 pandemiyasının yol açdığı böhranı idarə edə bilmədikləri üçün istintaqa cəlb olunacaq. O bildirib ki, mövzu ilə bağlı göndərilən 90 müraciətdən 53-ü analiz edilib, onlardan 9-u qəbul olunub.





Qeyd edək ki, Eduar Filipp ötən gün baş nazir vəzifəsindən istefa verib.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp