Günay sevgilisini bıçaqladığını ETİRAF ETDİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Model Günay Musayeva və iş adamı Taha Tatlıcı arasındakı mübahisə bitmir.

Publika.az xəbər verir ki, bir müddət əvvəl sevgilisini bıçaqladığı iddia edilən Günay hakim qarşısına çıxıb. Bir müddət əvvəl xəbərlərin yalan olduğunu deyən model bu dəfə fərqli ifadə verib.

O, Tahanı bıçaqladığını etiraf edib: “Hadisə baş verən gecə sevgilimlə şam yeməyinə çıxdıq, spirtli içki içdik. Sonra mənim evimə gəldik. Evdə sərxoş idik, aramızda mübahisə başladı. Taha məni vurdu. Mətbəxə keçib meyvələrin yanındakı bıçağı götürdüm. Özümü qorumaq istəyirdim. Üstümə hücum çəkəndə yaxınlaşmamasını dedim, bıçağı kənara çəkmək istəyəndə qoluna dəydi. Hadisədən sonra yenə barışdıq. Hakimin ədalətli qərar verəcəyinə inanıram”.

Xatırladaq ki, günay türkiyəli aktyor Tolqa Karellə ailə qurub. Bir neçə il əvvəl cütlük boşanıb. Onların bu nikahdan bir oğlu var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp