Dünyada koronavirusdan ölənlərin sayı 491 mini keçdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 179 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

İyunun 27-i saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 179 316 nəfər koronavirusa yoluxub, 6 866 nəfər isə dünyasını dəyişib.





Yoluxanların ümumi sayı 9.653.048, ölənlərin isə 491 128 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp