Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı həkimdən AÇIQLAMA

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bəhram Bağırzadənin vəziyyətində ciddi dəyişiklik baş verməyib.

Bunu Publika.az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.





Onun sözlərinə görə, Əməkdar artıstin vəziyyəti ağır olaraq qalır: “Bəhram Bağırzadə əvvəlki kimi süni ventilyasiya və ECMO aparatlarına qoşulu vəziyyətdədir. Lakin son günlər istər ağciyər toxumasının vəziyyətində, istərsə də laborator göstəricilərdə müəyyən yaxşılaşma qeyd edilir”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp