Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin paytaxtı Ankaranın Beypazar rayonuna aid Kırbaşı Məhəlləsində “Hürkuş” təlim təyyarəsi qəzaya uğrayıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Aviasiya və Kosmik Sənayesi yayıb.

Bildirilib ki, təyyarədəki iki pilot paraşütlə tullanaraq sağ qalıb.

“Həmin pilotlarımızın səhhəti yaxşıdır. Onlar müayinə üçün xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı araşdırma aparılır. Hadisənin səbəbi araşdırmalardan sonra açıqlanacaq”, – deyə, məlumatda qeyd olunub.

DOSYE.ORG

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp