Qabuniya Putini yenə canlı yayımda təhqir etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Video əlavə edilib.

*****

02:38

Rusiya prezidenti Vladimir Putini canlı yayımda təhqir etməsi ilə məşhurlaşan gürcüstanlı telejurnalist Georgi Qabuniya bu dəfə “Mtavari Arxi” televiziya kanalının efirindən Rusiya liderinin ünvanına kobud ifadə işlədib.

Publika.az “Ridus”a istinadla xəbər verir ki, Qabuniya kanalın efirində gözlənilmədən rus dilində danışmağa başlayıb. Təhqir dolu sözləri Rusiya dövlət başçısına ünvanlayıb. Buna səbəb Qabuniyanın qətlinin sifarişi ilə bağlı yayılan məlumat olub.





George Gabuniya 2019-cu ilin iyul ayında analoji çıxışı ilə beynəlxalq qalmaqala səbəb olmuşdu. O, “Rustavi-2” kanalında müəllifi olduğu verilişin bir dəqiqəlik efir vaxtını Rusiya prezidenti Vladimir Putinə, habelə mərhum valideynlərinə həsr etmişdi.

Qabuniyanın hərəkətini təkcə Rusiya deyil, həm də Gürcüstan hakimiyyəti – prezident Salome Zurabişvili və eks baş nazir Mamuka Baxtadze qınamışdı.

Bundan sonra Tiflisdəki “Rustavi-2″nin redaksiyasının binası önündə mitinq keçirilmişdi. İştirakçılar Qabuniyanın işdən çıxarılmasını tələb edərək, kanalın binasına yumurta və süpürgə atmışdılar.

Elə həmin ilin avqustunda “Rustavi-2” kanalının sahibi dəyişdirildi. Georgi Gabuniya ilə birlikdə kanalın baş direktoru Nika Gvaramiya kanaldan ayrılaraq “Mtavari Arxi” kanalına keçdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp