“Allah eləsin ki, deməyək ki, tabut çatmır, molla çatmır…”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bəhram Bağırzadənin simasında hər bir azərbaycanlıya şəxsən müraciət edir. Bu dövlətin vətəndaşa birbaşa müraciətidir. Özümə arzuladığımı sənə arzulamağın şəklidir. Bu müraciətdə ana və bacı var. Doğma insan, evin içinin mahiyyəti var. Mehriban Əliyevanın sosial şəbəkələrin ifrat fəal zamanında məhz bu platformanı seçməsi, instaqramda paylaşım etməsi də səbəbsiz deyil. Hamı burdadır. Xeyirxah da bədxah da. Pozucu da, qurucu da”.

Pravda.az-ın xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.

“Əslində Prezident maska taxmaqla, sosial məsafəni şəxsi timsalında qorumaqla nümunə göstərir, hər kəsi karantin qaydalarına riayət etməyə çağırırsa, Birinci-vitse prezident sosial şəbəkələrdən istifadə etməklə cəmiyyətin özülünü, xalqı bu meydanda aktiv olmağa həvəsləndirir. Bu manera isə ondan xəbər verir ki, sosial şəbəkələrdə öz şeirini, atasının xrom çəkmələrinin şəklini, keçdiyi əzabla ziyalı yolunun əl-ayaq izlərini paylaşan ziyalı zümrəsi bu meydançada daha fəal olsun. Dövlət adına, millət adına, xalq adına daha fəal olsun.

Məncə Nazirlər Kabineti yanında Xüsusi Qərargahın da ritorikssı dəyişməlidir. Bu qurumun nümayəndələri rahib və ruhani deyillər. Koronavirusa inanmaq və inandırmaq mövqeyi artıq köhnəlmiş bir yanaşmadır. Bu gün hər birimizin əsas məqsədi Qanunlara-qaydalara əməl etməyə vadar etmək, məcbur etməkdir. İnzibati yanaşma əsas olmalıdır. Həkimlərin, polislərin gündəlik fədakarlığı qarşısında hansısa yekəbaşın “mən bu virusa inanmıram! deməsi dərhal sən atovun goru, inan!” yalvarışlarını rədd edirəm. Vətəndaşı ağlıkəsməz uşaq yerinə qoyub davranmaq vaxtı deyil. Xalqın dövlətdəki rolu anayasada açıq göstərilib. Prezident də bunu tez tez deyir. Ölkədəki sabitliyin əsas mənbəyi məhz xalqdır. Və məsuliyyəti də ilk növbədə o daşıyır. Dəmir intizam olmalıdır. Müharibə dövrünün dəmir intizamı. Hər yerdə. Sosial şəbəkələrdə gedən düşmənçilik siyasəti də məhz müharibə dövrünün qanunlarına uyğun olaraq izlənməli, müayinə edilməli və tədbir görülməlidir. Qaragüruhun əsas platforması olan facebook-da TƏBİB-in rəhbərliyinin şəklini müxtəlif ifadələrlə ələ salanlar, bu qurumun özü, ailəsi ilə risk edən təmsilçilərini istehza hədəfinə çevirənlər, döyüş vaxtı Ali komandirlərin karikaturasını çəkib onu gözdən salmağa, reputasiyasını pozmağa cəhd edənlərə bərabər tutulmalı, müharibə dövrünün qanunları ilə cəzalandırılmalıdır. Söz azadlığı, fikir azadlığı şüarlarını istinad divarına çevirənlərə isə bu haqqın tanınmasının ən parlaq rəmzi olan Cefersonun bu günlərdə Amerika Birləşmiş Ştatlarında aşırılan heykəlini xatırladıram. Dövləti qorumaq lazımdır bu gün. Söz haqqına sonra qayıdarıq. Həm də ən böyük söz Vətəndirsə, onun özünü qoruyaq, sözü gözləyər. Koronavirusla mübarizənin effektivliyini şübhə altına alan istənilən mövqe dərhal xüsusi araşdırmaya qəbul edilməli, belə faktar müharibə dövründə silahlı qüvvələrə qarşı yaradılan inamsızlıq kimi qiymətləndirilməlidir. Karantin zamanı, virusun qabağından Bakını torpaq yolla, oğrun-oğrun tərk edərək qaçan maşınlar mənim yadıma işğal ərəfəsində qoyulub qaçılan rayonlarımızın yollarını salır. Pandemiyanın gedişi boyu dediklərimizi xatırlayaq: əvvəl deyirdik maska çatmır. Sonra dedik ki, xəstəxanalarda çarpayı çatmır… Qərargahın son brifinqidə müxbirlərdən biri deyəsən dedi ki, dərman çatmır… sosial məsuliyyətsizliyimizin gedişilə Allah eləsin ki, deməyək ki, tabut çatmır, molla çatmır…” – M.Ağayev qeyd edib.

DOSYE.ORG

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp