Mingəçevirdə qadın oğlu tərəfindən qətlə yetirildi –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Mingəçevirdə Ağdamın Qiyaslı kənd sakini öldürülüb. 

Dosye.org-ın məlumatına görə, hadisə az öncə şəhərin Yeni həyat köçkün qəsəbəsindəki fərdi təsərrüfatlardan birində baş verib.

1974-cü il təvəllüdlü qəsəbə sakini Hacıyeva Brilyant Nizami qızı ürək nahiyəsinə vurulan bıçaq zərbəsindən sonra yerindəcə keçinib.

İlkin məlumata görə, qətli qadının oğlu Elmir Hacıyev qısqanclıq zəminində  törədib. Hadisənin səbəbi hələlik tam məlum deyil.

Hadisəni törədən E.Hacıyev polisə təslim olduğu deyilir.

Faktla bağlı araşdırma başlanılıb, cinayət işi açılıb. (APA)

DOSYE.ORG

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp