Sərt karantin gəlir: Qıtlıq ola bilərmi?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Sərt karantin rejimindən əvvəl və sonra vətəndaşların kənd təsərrüfatı məhsulları ilə təmin edilməsində heç bir problem yaşanmayıb.

Bunu Axar.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov deyib. O bildirib ki, həftə sonları küçəyə çıxma qadağası tətbiq edilən şəhər və rayonlarda heç bir məhsul qıtlığı qeydə alınmayıb:

“Bütün satış obyektləri ehtiyatlarını əvvəlcədən görmüşdülər. Bu səbəbdən nə sərt karantin rejiminin tətbiqindən bir gün əvvəl, nə də 1-ci gün kənd təsərrüfatı məhsullarının satışında qıtlıq müşahidə olundu. Növbəti qadağalardan əvvəl və sonra da qıtlıq müşahidə edilməyəcək. Çünki qadağanın bitdiyi gün saat 06.00-da hərəkət bərpa edilir. Həmin vaxtı isə Ələtdə və yaxud Quba istiqamətində, Hacı Zeynalabdin Tağıyev ərazisində maşınlar hazır vəziyyətdə durur. Hərəkət bərpa edildikdən sonra onların bazarlara gəlib çıxmasına isə cəmi 1 saat lazım olur”.

Nazirlik rəsmisi fermerlərə təklif edib ki, sərt karantin tətbiq edilən zaman məhsullarını digər bölgələrə aparsınlar:

“Fermerlər bizə müraciət edir ki, kənd təsərrüfatı mallarını sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara gətirsinlər. Biz bir daha fürsətdən istifadə edib deyirik ki, şəhərə giriş-çıxış bağlı olduğu üçün fermərlər məhsullarını həmin günlərdə gətirməsinlər. Biz bu situasiyada fermerlərə təklif edirik ki, öz məhsullarının digər rayonların bazarlarında satışını təmin etsinlər. Bu karantin rejimi əhalinin sağlamlığı üçün tətbiq edilən qərardır. Bununla yanaşı bölgələrimizdə kənd təsərrüfatı malları kifayət qədər bol, tələbat isə çoxdur. Yəni bu gün Göyçayda fermer üçün məhsulu Bakıya deyil, Ağsuya gətirib satmaq daha çox sərf edir. Bu səbəbdən qadağa tətbiq edilən günlərdə fermerlər öz məhsullarını hərəkətin sərbəst olduğu bölgələrin bazarına çıxarsınlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp