Kredit gəlir kimi nəzərə alınmayacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Ünvanlı sosial yardım almaq üçün müraciət prosedurları asanlaşıb.

Publika.az “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, qeydiyyat tam olaraq elektron formada həyata keçiriləcək. Vətəndaşın elektron formada olan gəlirlərində dəyişiklik baş verərsə, onu yenidən təqdim etməsinə ehtiyac qalmayacaq. Ünvanlı sosial yardımın verilməsi müddəti isə 2 ildən 1 ilə endirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Siyasəti şöbəsinin Böyük məsləhətçisi Nuranə Həsənovanın sözlərinə görə, ötən il 296 min üzvü olan 70 mindən çox ailə ünvanlı sosial yardımla əhatə olunub. Bu il isə 350 mindən çox üzvü olan 82 min ailə ünvanlı sosial yardımla təmin edilib. Bir müddət əvvəl isə “Ünvanlı dövlət sosial yardımı” haqqında qanuna dəyişiklik edilib. Yeni qaydalara əsasən, qeydiyyat tam olaraq elektron formada həyata keçiriləcək. Dəyişikliklər ünvanlı sosial yardımla bağlı prosedurların azaldılmasını, müraciət mexanizminin sadələşdirilməsini özündə əks etdirir. Məqsəd daha çox insanın bu yardımdan səmərəli istifadəsinə nail olmaqdır.

Bundan əlavə, kreditin gəlir kimi nəzərə alınmaması ilə bağlı da layihə hazırlanıb və yaxın vaxtlarda hökumətə təqdim ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp