“Azərbaycan strateji Yerevan-Gorus yoluna nəzarəti Paşinyanın dövründə ələ aldı”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyan, Ermənistan hökumətinin başçısı Nikol Paşinyanı məğlub Qarabağ siyasəti yürütməkdə ittiham edərək yeni sensasion açıqlamalar verib.

Bu barədə news.am saytı xəbər yayıb.

M.Minasyan açıq şəkildə bildirib ki, Paşinyanın hakimiyyəti dövründə “Azərbaycan Prezidenti İlham Əliyev danışıqlarda strateji və taktiki üstünlüyə nail olub, hansı ki, Ermənistan bədəlini artıq ödəyib… Bütün bunların həzm edilməsi prosesi Nikol Paşinyanın Ermənistanda hakimiyyətdən getdiyi gündən başlayacaq”.

M.Minasyan Azərbaycan qoşunlarının 2018-ci ilin yazındakı qalib irəliləyişini xatırladıb: “Məhz bu, azərbaycanlılara erməni kəndlərinə yaxınlaşaraq 5 kilometrlik məsafəni 750-1500 metrədək azaltmaq imkanı yaratdı. Çünki onlar Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan bu hissəni ələ keçirmək, erməni kəndlərini, ən əsası da Yerevandan Gorusa qədər olan strateji yolu atəş altında saxlamaq istəyirdilər”.

Ermənistanın müxalifət liderlərindən biri, həmçinin təsdiq edir ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İ.Əliyev artıq nəzarət altına alınan nöqtələri, yeni mühəndis-istehkam qurğuları və tam təchizat üçün infrastruktur yaradaraq möhkəmləndirməyə başlayıb. “Əminliklə deyə bilərəm ki, Ermənistan ordusunun nəzarətindən çıxmış 2000 hektardan çox ərazini itirilmiş hesab edə bilərik”,- deyə Ermənistanın keçmiş prezidentinin kürəkəni vurğulayıb.Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp