“Kim işdən çıxarılırsa, çoxlu pullar, milyonlar çıxır…“

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Maliyyə və əmlak amnistiyası ilə bağlı görülən işlərin sürətləndirilməsi çox vacibdir.

Dosye.org xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında adıçəkilən komitənin sədr müavini Əli Məsimli deyib.

Ə. Məsimli bildirib ki, bu istiqamətdə sovet dövründə məlumatların az daxil olmasının səbəbləri aydınlaşdırılmalı və aradan qaldırılmalıdır.

“Kim işdən çıxarılırsa, çoxlu pullar, milyonlar çıxır. Büdcəyə əlavə vəsaitlərin daxil olmasının yolu tapılmalıdır”-deyə, o, əlavə edib.

Sonra “İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Statistika Komitəsinin işi aprel, may və iyun aylarının da proqnozlaşdırılmasına kömək edəcək”-deyən Ə. Məsimli bildirib ki, neftin qiymətini proqnozlaşdıran zaman adətən xarici şokları nəzərə almaqda çətinlik çəkilir:

“2020-ci ilin ikinci yarısı üçün proqnozların yeniləşdirilməsi növbəti 2021-ci ilin büdcəsinin formalaşdırılmasına təkan verəcək. Dünya yeni bir böhrana doğru gedir. Ona görə də neftdən Azərbaycana 15-20 mlrd. dollar vəsait daxil olurdusa, indiki qiymətlərlə bizə neftdən daxil olan gəlirlər 5 mlrd. dollardan bir az artıq olacaq. Büdcə iqtisadiyyatın güzgüsüdür. Postpandemiya dövrü tələb edir ki, biz əlavə vəsaitlər tapmaqla neftdən Neft Fonduna gələn gəlirləri başqa istiqamətdə büdcəyə cəlb edə bilək. İndi Azərbaycan idarəetmənin yeni mərhələsindədir. Bu, eyni zamanda büdcəyə və büdcəyə aid olan qurumlara da şamil olunmalıdır. Milli Məclis və Maliyyə Nazirliyinin payızda və ilin ortasında keçirilən görüşləri azdır. Yeni dövrün tələblərinə cavab verən istiqamətdə işlərimizi korrektə etməliyik. Hansısa formalarda dinləmələrin keçirilməsini təşkil etməliyik. Neft Fondundan büdcəyə gələn vəsaitlərin kənd təsərrüfatından gələn gəlirlərlə əvəzlənməsi mümkündür”.     /Etikxeber.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp