Toy və yas qadağası o vaxt götürüləcək ki…

Müstəqil.az informasiya agentliyi  xəbər ki,Restoranlar çətin durumda, həkimlər isə xəbərdarlıq edirlər

Azərbaycanda mayın 29-da karantin rejimində növbəti dəfə yumşalma edildi. Bununla da bir çox qapalı yerlərin fəaliyyəti bərpa edildi. Lakin ümumilikdə karantin rejimi iyunun 15-nə qədər uzadıldı.

Hazırda insanları ən çox maraqlandıran məsələ rayonlara gediş-gəlişin, toy və yas mərasimlərinin  bərpa edilməsidir. Lakin görünən budur ki, yaxın günlər üçün bu qadağaların götürülməsi mümkün olmayacaq. Belə ki, sonuncu iclasda Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirdi ki, rayonlara gediş-gəlişin bərpası yoluxmanın səviyyəsindən asılıdır. O, həmçinin qeyd etdi ki, son günlərin yoluxma səviyyəsinin artması bu məsələdə bir az konservativ yanaşmaya vadar edir:

“Narıncı zonada yoluxmanın sayı artıqdır. Gediş-gəliş bərpa olunarsa, yoluxma daha da arta bilər. Operativ Qərargah hələlik bu məsələni saxlayıb” – Məmmədov bildirib. Həmçinin bildirilib ki, əgər irəliləyən günlərdə hansısa bölgədə yoluxma sayı artarsa, həmin bölgədə lokal olaraq karantin rejimi sərtləşdirilə bilər.

Hazırda Bakıdan rayonlara gediş-gəliş məhdudiyyəti davam edir.

Toy və yaslara gəlincə isə bu mərasimlərin də yaxın zamanlar üçün bərpası nəzərdə tutulmur. Operativ Qərargahın son tədbirində bildirilib ki, Azərbaycanda keçirilən yas mərasimlərində kütləvi yoluxma qeydə alınıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, qadınların bir yerə toplaşması və sosial məsafənin qorunmaması yoluxmanı artırır. Onun sözlərinə görə, yas yerlərində kütləvi yoluxma halları var: “Xüsusilə rayonlarda və həyət evlərində qaydalara əməl olunmur. Analizlər də bunu göstərir”.

Xüsusi karantin rejimi iyunun 15-ə qədər uzadılıb. Bu, toy və yasların da ən az bu tarixə qədər təxirə salınması anlamına gəlir.

Toyplani.az | Hissa Şadlıq Sarayı - Şadlıq sarayları

“Yeni Müsavat”ın əməkdaşı bir neçə restoranla əlaqə saxlayıb. Restoranlardan bildirilib ki, onlar da toy mərasimlərinin nə zaman bərpa ediləcəyini gözləyirlər. Restoranlardan birinin inzibatçısı deyib ki, artıq iyul ayına toy təyin edənlər vaxtları dəyişdirib, toyları təxirə salırlar: “İyun ayı üçün dəyişmələr var idi. Son qərardan sonra iyula toy təyin edənlər də vaxtı dəyişirlər. Hazırda toylar daha çox avqust ayına keçirilir. Bundan əlavə, payız aylarına da günlər demək olar ki, doludur. Yer tutanların hamısı vaxtı dəyişirlər. Toy danışan müştəri tez-tez restorana gəlib, bizdən məlumat almaq istəyir. Ancaq bizim özümüzdə də toyların nə zaman bərpa ediləcəyi ilə bağlı məlumat yoxdur. Sonuncu toyu martın 15-də etmişik. Bütün restoranlarda vəziyyət eynidir. Bu durumda təkcə restoranlar deyil, eyni zamanda musiqiçilər, restoranda çalışan ofisiantlar və aşpazlar da əziyyət çəkirlər. Toyların dayanması onların işinə birbaşa, digər toyla əlaqədar alış-veriş etdiyimiz yerlərin də işinə dolayısı ilə təsir edib. Bu baxımdan ümid edirik ki, toylar yaxın zamanlarda bərpa ediləcək. Elə müştəri var ki, həm iyul ayına, həm də payız ayına yer tutub. Həmin müştərilərin sifarişini növbəti ay üçün karandaşla qeyd edirik. Əgər toylar bərpa edilərsə, onlar iyul ayında toy edəcəklər. Yəni növbəti aya keçirməyəcəyik. Edilməsə də ümumilikdə karandaşla qeyd edilənləri payız aylarında saxlayıb, sonra gələn sifarişləri də növbəti aylar üçün paylayacağıq. Yəni işin dayanması həm də bizim iş sistemimizi çətinə salıb”.

Həkimlər isə tövsiyə edirlər ki, indiki zamanda kütləvi tədbirlərdən, toylardan çəkinmək lazımdır. Bildirilir ki, bu məqamda sosial məsafənin pozulması, yaxın təmaslar kütləvi yoluxmaya səbəb ola bilər. Nəticədə həndəsi silsilə ilə artan yoluxma sayı, bütün ölkəni bürüyər. İtaliya, İspaniya nümunəsi dünyaya bəllidir. Belə ki, İtaliyada yoluxmanın və ölümün kütləvi artdığı ərəfədə dövlət insanları dəfn etməkdə belə problemlə üzləşirdi. Mütəxəssislər bildirirlər ki, insanların ciddiyə almadıqları məsələ, əslində böyük fəlakətlər gətirə bilər. Bu fəlakətlərin qarşısını almaq üçün hələ ki vaksin tapılmayıb. Ona görə də yeganə çıxış yolu kimi karantin qaydalarına əməl etmək, sosial məsafə saxlamaq, dezinfeksiya işləri aparmaq əsas götürülür.

We have gone from “get ready” to “take this really seriously ...

Marqaret Harris

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə sözçüsü Marqaret Harris Azərbaycanda karantin rejiminin yumşaldılmasına münasibət bildirərkən deyib ki, karantin qaydalarının yumşaldılması şəraitində qətiyyən kütləvi yığıncaqlar keçirmək və toplaşmaq halları olmaz: “Mütləq şəkildə şəxsi gigiyena qaydalarına əməl edilməlidir. Əsas önəmli olan odur ki, virusa yoluxmanın qarşısını alan amilləri biləsən. O amili ki, yoluxmanı azaldır. Bunu bilmək vacibdir. Çünki yoluxma artanda onun qarşısını almaq çətinləşir. Başqa amil isə nəzarətdir ki, yoluxmuş insanlarla sağlam insanlar bacardıqları qədər ünsiyyətdə olmasınlar. Mən potensial yoluxmuş insanları sağlam insanlardan təcrid etməyi əhəmiyyətli sayıram. Çünki karantin qaydaları yumşaldıqdan sonra insanların kütləvi şəkildə küçələrə axınının şahidi oluruq. Bu hal da sonradan kütləvi yoluxma ilə müşahidə olunur. Ona görə də belə yerlər mütləq şəkildə dezinfeksiya olunmalı və xüsusi təmizliyə riayət edilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp