QƏRARGAH: Cərimələrdən yayınmaq mümkün olmayacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Karantin rejiminin tələblərinə, maskalardan istifadə olunmasına ciddi nəzarət olunacaq.

Publika.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib:

“Qaydalara əməl etməyənlər inzibati məsuliyyətə cəlb olunacaq. Tələblərə riayət edilməməsinə görə, cəzanın miqdarı müəyyənləşdirilməyib. Bu qərar Milli Məclisdə müzakirə olunacaq. Artıq cərimələrdən yayınmaq mümkün olmayacaq”.

Qurum rəsmisi qeyd edib ki, yoluxma halları artan rayonlarda sərt karantin rejiminin sadələşdirilməsi mümkündür:

İbrahim Məmmədov bildirib ki, mayın 27-də Moskvadan 174 nəfər Azərbaycana gətirilib: “Eyni zamanda Hindistan, Gürcüstandan vətəndaşlarımız gətirilib. Mayın 30-da Londondan 40-50 nəfərin ölkəmizə gətirilməsi planlaşdırılır”.

İbrahim Məmmədov əlavə edib ki, ölkəmizdə 10 mindən artıq maska ehtiyatı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp