“Yoluxma hallarında artım müşahidə olunub”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, “Ötən həftə ərzində 848 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb”.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

“Ondan öncəki həftə 755, daha əvvəl isə 587 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Məhdudiyyət aradan qalxdıqdan sonra yoluxma hallarında artım dinamikası müşahidə olunur”.

“Dünya statistikası da göstərir ki, bu məhdudiyyətlərin yumşalması nəticəsində insanların təmasda olması ilə baş verir. Bu beynəlxalq statistikaya uyğundur. Biz pandemiyanın ölkə ərazisində yayılmasını məhdudlaşdırdıq. Lakin vətəndaşların qaydalara əməl etməməsi ilə artım müşahidə edirik. İnfeksiyaya qalib gəlmək istəyiriksə, ya sərt karantin rejimi tətbiq etməliyik, ya da qaydalara riayət etməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp