Respublika Günü olduqca mühüm hadisədir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Biz Respublika Gününün dəyərini daha yüksək səviyyədə qiymətləndirməliyik”.

Bunu Publika.az-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib.

O bildirib ki, 28 May 1918-ci il Azərbaycan tarixinin ən şərəfli səhifəsidir: “Həm də ona görə şərəfli səhifəsidir ki, bu günü bizim üçün möcüzə tarix olaraq doğub. Müstəqilliyimiz elan olunan məkan Azərbaycanın torpağı deyildi. Tiflisdə müstəqilliyimiz elan edilmişdi. Ayağının altında vətən torpağı olmadan bir dövləti elan etmək, yanında ordu olmadan dövlətin vacib atributlarını yaratmaq həqiqətən də uzaqgörən zəka tələb edirdi. O dövrdə yetişən nəslin bu zəkaya sahib olduğuna görə biz belə bir dövləti qurmaq imkanı əldə etdik. Bu olduqca vacib hadisə idi.

31 mart soyqırımından sonra millətin bütün onurğa sütunu qırılmış vəziyyətdə olduğu halda iki ay sonra özünü toparlayıb, ayağa qalxıb, müstəqilliyini elan edən bir xalqın qəhrəman oğullarına sayğımızı unutmamalıyıq. Tarixi təcrübə onu göstərir ki, başlanğıcda nəyisə doğru etməyəndə, sonradan onun fəsadları daha böyük olur. İnsanlar bu kimi hadisələrdə daha çox başqa bir prizmadan məsələyə yanaşanda görürlər ki, heç olmasa Sovet dövründə formalaşan fundament belə Çar Rusiyası dövründə olmayıb. Yəni dövlət atributlarına uyğun ərazi və idarəetmə anlayışı yox idi. Ancaq həmin dövrün liderləri bunu ortaya qoydular. Bu, olduqca anlamlı bir hadisədir”.

Məhərrəm

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp