İctimai Dəstək Birliyinin Sədri Cavid Süleymanov Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik etdi

İctimai Dəstək Birliyinin Sədri Cavid Süleymanov Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

Mən sizin hamınızı Azərbaycanın milli bayramı – Respublika günü münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram.

1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Xalq Cümhuriyyətinin yaranması tarixi bir hadisə idi. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaranmışdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmizin dünya birliyinin üzvü kimi tanınması prosesi başlanmışdı. Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini və onun qurucularının xidmətlərini həmişə yüksək qiymətləndirmişdir. Ancaq Xalq Cümhuriyyəti cəmi iki ilə yaxın zaman ərzində yaşaya bildi. Sonra Cümhuriyyət süqut etdi və Azərbaycan xalqı öz dövlət müstəqilliyindən məhrum olundu. Uzun illər ərzində Azərbaycan Sovet İttifaqının tərkibində müttəfiq respublika kimi yaşadı. Yalnız Sovet İttifaqı dağılandan sonra, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi.Bu gün Azərbaycan iqtisadi inkişafın sürətinə görə dünyada lider ölkədir.Bunu təkcə biz deyil, bütün dünya ictimaiyyəti açıq-aydın bildirir və etiraf edir ki, Azərbaycan regionda liderdir.

Əziz Azərbaycanlılar, bu gözəl bayram münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.Bayramınız mübarək olsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp