“Qaranlıq həyatlara ümid çırağı yandırmağı bacaran insan”

Adətən işinin öhdəsindən layiqincə gələn insanlar haqqında “o işinin aşiqidir” və ya buna bənzər başqa dəyərli sözlər söylənilir. Doğrudan da xoş o kəsin halın ki, işində peşəkardır. Üstəlik gördüyü iş sıradan bir iş deyil, həyatın qaranlıq dalanlarında bilərəkdən-bilməyərəkdən büdrəmiş insanları doğru yola yönəltmək uğrunda sərf edilən əməkdən söhbət gedərsə.
Dünyanı “girov”götürmüş Koronavirus bəlası sırasında hər bir sahədə olduğu kimi, cəzaçəkmə muəssisələrində də insan həyatları qorxu və təhdid altında yaşamağa məhkum oldu. Etdikləri xətaları səbəbilə azadlıqlarından məhrum olmuş insanlar, bir də doğmalarına həsrət,soyuq divarlar arxasında can təhlükəsi yaşamasınlar deyə Bakı şəhərində yerləşən 15 saylı cəzaçəkmə muəssisəsinin fəaliyyəti ilə maraqlandım. Hər sahədə olduğu kimi bura da da karantin qaydaları səbəbilə rəhbərliklə və məhkumlarla görüşmək qeyri mümkündür. Lakin cəzaçəkmə müəssisəsinin rəisi mayor Şakir Qəniyev məhkumlarla telefon əlaqəsi yaradıb, onlarla müsahibə götürmək üçün şərait yaratdı.
Məhkum Murad Məmmədov və Cəlal Məmmədovla apardığım telefon danışıqlarından sonra səmimi etiraf edim ki, məhkumlara yaradılan belə bir imkanlar gözlərimi yaşatdı.
Müəssisənin rəisi Şakir Qəniyevin məhkumlarla yanaşma tərzinin məmur ciddiyyətindən çox insanın qayğısına şahid oldum.
Müsahibələrin Murad və Cəlal bəyin söylədiklərinə əsasən Koronavirus təhlükəsi başlanan gündən öhdəliyində olan və aldığı cəzadan asılı olmayaraq 800 nəfər məhkumun həyatı və sağlamlığı üçün gecəsini gündüzünü qatıb, bütün lazımi tədbirləri həyata keçirir. Hər zamankıdan daha da ciddi şəkildə gigiyena qaydalarının tətbiq olunması məhkumların həyatına göstərdiyi diqqətdən yaranan məsuliyyətdir.
İstər karantin dövrü, istərsə də digər zamanlarda 15saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkumların həyatları və sağlamlıqları qayğısına qalan müəssisənin sanitar tibb hissəsinin baş həkimi Həsənov Vuqar İlqar oğlundan bəhs etmək müsahibələrinin diqqətindən yayınmadı. Onsuzda doğmalarının qayğısından aralı düşmüş bu insanlara uzanan şəfqətli əllərdə hər zaman möhtac olduqlarını dilə gətirən məhkumlar, Vüqar Həsənovun onlara olan qayğısından xüsusilə bəhs etdilər. Sadə bir halsızlıq və ya şəhərlərində yaranan nasazlıq zamanı gecə-gündüz bilmədən onların çarpayıları başında dayanan şəfqətli həkim simasını Vüqar həkimin simasında gördüklərini söyləməyi belə unutmadılar.
Cəlal və Murad Məmmədovlarla apardığım telefon müsahibəsi müqəddəs Ramazan ayı ərəfəsində təsadüf etdiyi üçün fürsətdən istifadə edib, onların bayramlarının necə təşkil olunması barədə suallarla müraciət etdim. Bildirdilər ki, Sakir Qəniyevin tolerant dünyagörüşü sayəsində 15saylı cəzaçəkmə müəssisəsində dinindən, inancından asılı olmayaraq hər kəs sərbəst şəkildə ibadətlərini yerinə yetirə bilir. Bayram günlərində ibadət edib, namaz qılmaq üçün adıgedən muəssisənin ərazisində inşa edilmiş məscid hər bir mömin üçün açıqdır. Əlbətdə ki, bütün bunlar Şakir müəllimin və onunla birlikdə çiyin-çiyinə çalışan Vüqar həkim kimi insanların səy və çabaları nəticəsində qayda-qanunlar daxilində həyata keçirilir.
Ölkədə karantin rejimi elan olunduqdan sonra, ölkə ərazisində yerləşən cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlara ailələri tərəfindən sovqatları gətirilməsi qadağan olunmuşdur. Qeyd edim ki, mənim müəssisədə olduğum zaman ölkə rəhbərliyi tərəfindən qadağalar götürülmüşdür. Lakin buna baxmayaraq məhkumları ziyarətə gələn heç bir ailə ilə rastlaşmadım. Əslində bu onu göstərir ki, cəzaçəkmə muəssisəsində məhkumların maddi ehtiyacları lazımi səviyyədə yerinə yetirildiyi kənardan gətirilməsi üçün doğmalarına müraciət etmək zərurəti yaranmadığını göstərir.
Yazımızı qələmə almağa başladığımızda işini bilən insan üçün “as”, “usta”,”peşəkar” və. s kimi ifadələrin söykəndiyini qeyd etmişdik. İndi o ifadələri Şakir Qəniyev və onun işini bilən işçiləri üçün söyləsək zənnimcə doğru olar. Digər tərəfdən isə Penitensiar Xidmət İdarəsinin rəisi general-leytenant cənab Ceyhun Həsənova yerlərdə işini bilən mutəxəssislərin yerləşdirilməsnə yetirdiyi diqqətə görə təşəkkür etməyi vacib hesab edirik. Çünki sizin və komandanızin işi büdrəyən, yıxılan, yaşam səbəblərinə ümidləri tükənən insanları yenidən həyata qazandırmaq uğrunda sərf edilən əməldir. Uca Yaradan əməllərinizin fəzilətini nəsib etsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp