tarixin ƏN BÖYÜK FƏLAKƏTİ olacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Yəmən beynəlxalq topluma ciddi çağırış edib.

Publika.az xəbər verir ki, hökumət Hudeydənin şimalındakı Ras İsa limanında lövbər salan “Safir” neft tankerinin bərpası üçün hərəkətə keçməyin vacibliyini dilə gətirib.

Yəmənin Kommunikasiya naziri Muəmmər əl-İryani tvitterdəki paylaşımında tankerin 1 milyon bareldən çox neft daşıdığını, yaranacaq hər hansı sızma və partlayış hadisəsi nəticəsində dünya tarixinin ən böyük ekoloji fəlakətinin meydana gələcəyini bildirib.

Qeyd edək ki, sözügedən gəmi 5 ildir ki, Qırmızı dənizdə lövbər salıb.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp