“Çarx” TV kimlərin çarxını çevirəcək? –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda izləyicilərin qarşısına orijinal layihələrlə yeni internet televiziyası gəlir.

Bu günlərdə fəaliyyətə başlayacaq “Çarx” TV fərqli süjetlər, hadisə yerlərindən isti-isti canlı reportajlar, özəl materiallar təqdim edəcək. Ölkədə bir neçə internet kanallar olsa da, “Çarx” TV izləyicilərə daha kreativ, maraqlı, özəl video süjetlər vəd edir. Siz bu internet kanaldan gündəmin ən maraqlı xəbərlərini, ölkənin müxtəlif yerlərində baş verən hadisələrin görüntülərini izləyə biləcəksiniz. Eyni zamanda hər bir vətəndaşın üzünə açıq olan “Çarx” TV vasitəsi ilə probleminizi müvafiq orqanların diqqətinizə çatdıra biləcəksiniz. Bir sözlə, mediaya “Çarx” TV gəlir, zamanın və fələyin çarxını döndərməyə…

DOSYE.ORG

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp