“Vətəndaş cəmiyyəti olaraq cənab Prezidentin çağırışına qoşulduq”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Nə gözəl ki, belə nəcib dəyərlər xalqımızın yaddaşında iz salaraq bu günə qədər gəlib çıxıb”.

Publika.az xəbər verir ki, millixəbər.az-ın əməkdaşları “Pandemiya dövründə vətəndaş cəmiyyətinin yeri və rolu” mövzusunda Azərbaycanda Qadın Sahibkarların İnkişafı Assosiasiyasının idarə heyətinin sədri, “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva ilə müsahibə ediblər.

Səkinə xanım, ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi davam etməkdədir. Ümumiyyətlə, bu rejim tətbiq olunandan bəri sədri olduğunuz “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” QHT sektorunun bir üzvü kimi hansı işləri gördü? İstərdim ki, bu barədə oxucularımıza bir qədər ətraflı məlumat verəsiniz.

– Məlumdur ki, koronavirus bütün dünyanı çalxaladı və əksər dövlətlərə ciddi ziyan vurdu. Lakin ölkəmizdə Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirildi. Bunun nəticəsində pandemiyanın ölkəmizə verə biləcək zərərin çox ciddi şəkildə qarşısı alındı. Dövlətimiz belə bir çətin zamanda aztəminatlı ailələrin yanında oldu. Onların müxtəlif problemləri həll olundu, aztəminatlı ailələr yardımlarla təmin edildi. Biz də ilk öncə vətəndaş, vətəndaş cəmiyyəti olaraq Cənab Prezidentimizin çağırışına qoşulduq. Bakıda və regionlarda yardım aksiyalarına başladıq. Məlum olduğu kimi AQSİA bir çox sahibkar xanımları ətrafında birləşdirib. Sağ olsunlar Assosiasiyamızın üzvü olan sahibkar xanımlar ki, onlar aztəminatlı ailələrlə bir-bir maraqlanıb, öz yardımlarını əsirgəmədilər. Mən AQSİA ilə sıx əməkdaşlıq edən və aksiyamıza qoşulan hər bir sahibkar xanıma ayrı-ayrılıqda təşəkkür edirəm. Bizə RİH-lərdən verilən siyahı üzrə insanlara yardım edildi, sosial şəbəkələrdə ehtiyacı olduğu bildirilən yüzlərlə ailəyə baş çəkdik, AQSİA-nın facebook profilinə daxil olan məktublara çevik reaksiya göstərdik. Başqa cür də ola bilməzdi. Əslində bu bir fərqlilik, qəhrəmanlıq deyil, hər birimizin insanlıq, vətəndaşlıq borcumuzdur. Allaha çox şükür ki, az da olsa bu aksiyalarda cəmiyyət üçün nə isə edə bildik.

– Siz Assosiasiya olaraq aztəminatlı ailələrə yardım etməklə yanaşı, qanvermə aksiyasi da təşkil etdiniz. İnsanlarımızın bu aksiyaya münasibətini necə müşahidə etdiniz?

– Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa səslənməsi hər bir təbəqədən olan vətəndaş üçün, həmçinin mənim və assosiasiyamızın üzvləri üçün örnək oldu. “Qan ver, həyat qurtar” devizinə biganə qalmaq mümkün deyil. Biz də öz növbəmizdə bu çətin günlərdə xəstəlikdən əziyyət çəkən insanlara dəstək olmaq istədik. Bu məqsədlə qanvermə aksiyası keçirməyə qərar verdik. Assosiasiyamızın üzvləri bu təklifi dəstəkləyərək aksiyaya qoşuldular. Paytaxtdan və digər rayonlardan bu aksiyaya qoşulanlar da oldu. Sağ olsunlar, cəmiyyətdə tanınmış, nüfuzlu insanlar, ziyalılar, KİV nümayəndələri də sahibkar xanımlara dəstək oldular. Obrazlı desək, səsimizə səs verdilər. Çoxlu sayda insanların iştirak etdiyi aksiyada səksən nəfərdən çox adam könüllü olaraq qan verdi. Bu hal qürurverici bir haldır. İnsanlarımızın pandemiya dönəmində bir-birinə dəstək olması təbiidir. Bu ənənə xalqımızın milli-mənəvi dəyərlərinə bağlıdır. Nə gözəl ki, belə nəcib dəyərlər xalqımızın yaddaşında iz salaraq bu günə qədər gəlib çıxıb. Düşünürəm ki, bizim də üzərimizə düşən vəzifə xeyirxahlıq, humanistlik missiyasını şərəflə daşıyaraq özümüzdən sonrakı nəsillərə ötürməkdir.

– Məlum olduğu kimi, yeni yaradılmış maska istehsalı müəssisəsi rəhbəri olduğunuz Bakı Tekstil Fabrikinin adı ilə bağlıdır. Maskadan istifadənin aktual olduğu günümüzdə təbii ki, müəssisənin fəaliyyəti hamı üçün maraqlıdır. Müəsisəsnin istehsal gücü necədir? Ölkə əhalisinin maska ilə təminatı hansı səviyyədədir?

– Səkinə xanm maskaların özləri də növbənöv olur. Daha çox N95 markalı maskaların insanları daha çox qoruduğu deyilirdi. Bu barədə nə deyə bilərsiniz?

– Doğrudur, müxtəlif növ maskalar mövcuddur. Pandemiya “bioloji silah” olduğuna görə, biz əsasən bakterioloji maskalardan istifadə edirik. Bu, daha çox tibb işçiləri üçün nəzərdə tutulur. Qeyd etdiyiniz kimi, N95 markalı maskalar çox keyfiyyətli və standartlara cavab verən maska növüdür. Müəssisəmizdə N95 markalı maskalar yüksək texnologiya ilə hazırlanır. Əminəm ki, müəssisənin istehsal gücü və istiqamətləri daha da genişlənəcək və əhalinin maska təminatında heç bir sual doğurmayacaq.

– Bildiyimiz kimi pandemiya hələ də sona çatmayıb. Bu dövrdə daha hansı layihə və aksiyalar planlaşdırırsız?

– Pandemiya dövründə bizim xalqın nə qədər humanist və xeyriyyəçi bir xalq olduğu bir daha sübut olundu. İnsanlarımız birlikdə dəhşətli virusa qalib gəlmək üçün ciddi səylə çalışdılar. Qürurvericidir ki, “biz birlikdə güclüyük” devizi hər kəsi bir yumruqda birləşdirdi. Amma düşünürəm ki, indiki dönəmdə əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işləri geniş şəkildə davam etdirilməlidir. Vətəndaşlarımız özümüzün və doğmalarımızın, xalqımızın sağlamlığı naminə maskalardan istifadə etməli, sosial məsafəni qorumalıdırlar. Qaydalara əməl etsək, bu bəladan daha asan və az itki ilə xilas ola bilərik. Mənə elə gəlir ki, məhdudiyyətlər götürülsə də, karantin qaydalarına özümüz əməl etməliyik. Yəni daxili məsuliyyət hissini bir an belə tərk etməməliyik. Unutmayaq ki, vətəndaş məsuliyyəti deyilən bir anlayış var. Biz hamımız bu məsuliyyəti məsuliyyətlə daşımağa borcluyuq. Bizim bir birimizə edəcəyimiz ən böyük yardım maarifləndirməyə, insanların bilgiləndirilməsinə təkan verməkdir. Əgər əhali, insanlarımız, əzizlərimiz bilgili olarsa, özünü və doğmalarını qoruyarsa, bu zaman kritik vəziyyət də yaşanmaz. Necə deyərlər, bütün çətinliklərə bilikli, məlumatlı olmaqla qalib gəlmək mümkündür.

Qeyd etməliyəm ki, karantin dövründə ölkəmizdə ərzaq qıtlığı hiss olunmadı. Şəhərimizin bütün paytaxt küçə və prospektləri dezinfeksiya olundu və bu gün də davam edir. Başqa ölkələrlə müqaisədə Azərbaycanda daha az insan bu virusa yoluxdu. Əlbəttə, bu Prezident İlham Əliyevin qabaqlayıcı siyasətinin nəticəsində əldə edilən uğurdur. Biz hamımız bu uğura olduğumuz yerdə, çalışdığımız işlə, daxili məsuliyyətimizlə dəstək verməliyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp