Gəncədə kişi naməlum şəraitdə döyülüb –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Gəncədə döyülmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü İqır Rubkov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, İ.Rubkov küçədə tanımadığı şəxs tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp