Koronavirusdan ölüm riski yüksək olan QRUP açıqlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiya Federasiyasının Elmi Tədqiqat Mərkəzinin direktoru, Elmlər Akademiyasının müxbir üzvü Natalya Mokrışyeva koronavirusdan ölüm riskinin ən yüksək olduğu qrupu açıqlayıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis ölüm hallarının ən yüksək faizini metabolik xəstəlikləri olanlara aid edib. Məlum olub ki, onlarda ölüm riski belə xəstəlikləri olmayan insanlarla müqayisədə 2-4 dəfə yüksəkdir. Həkimin sözlərinə görə, sistem zədələnmələri olanlar, o cümlədən şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər, orqan xəstəlikləri, böyrəküstü vəzi və otoimmun xəstəlikləri olanlar da risk qrupuna aid edilə bilər. Belə koronavirus xəstələrinin ölüm nisbəti iki dəfədən çoxdur. Bu, ümumiyyətlə ürək-damar sisteminə, böyrəklərə mənfi təsir edir və immunitetin azalmasına səbəb olur. Mokrışyeva bu barədə “RT” kanalına müsahibəsində məlumat verib.

Qeyd edib ki, COVID-19-a yoluxma riski insanın çəkisi ilə əlaqəli deyil, lakin artıq çəki tənəffüs funksiyasının pozulmasına səbəb ola bilər ki, bu da virusun müalicəsində əlavə problemlər yaradır.

Aytən Məftun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp