İki dövlət rüsumu ləğv edilir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Azərbaycanda şərabçılıq məhsullarına görə müəyyən olunan bəzi dövlət rüsumlarının ləğv edilməsi gözlənilir.

Yenisabah.az-ın xəbərinə görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanunun 18.62.2 və 18.62.3-cü maddələrinin ləğvi təklif edilir.

Bu, o deməkdir ki, adlar verilən şərabçılıq məhsullarına görə dövlət reyestrində qeydiyyata alınma üçün müəyyən edilən dövlət rüsumu ləğv olunur.  Həmçinin, bu tip şərabçılıq məhsullarının attestasiyası üçün də rüsum aradan qaldırılır.

Bildirək ki, mövcud qanuna əsasən, hər iki halda şərabçılıq məhsullarına 10 manat rüsum tətbiq edilir.

Qeyd edək ki, adlar verilən şərabçılıq məhsullarına ekspertiza üçün rüsum 25 manat olaraq qalacaq.

Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 22-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq./Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp