Bu heyvanların ovlanması, ticarəti və yeyilməsi QADAĞANDIR

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Yeni tip koronavirus pandemiyasının episentri olan Çinin Uhan şəhərində vəhşi heyvanların ticarətinin qadağan olunmasından sonra daha bir qərar qüvvəyə minib.

Publika.az “Global Times”a istinadən xəbər verir ki, Uhanda artıq vəhşi heyvan ovlamaq və yemək də qadağandır.

Qəzetin xəbərinə görə, qadağaya balıq çeşidləri və “əsarətdə yetişdirilən” bütün canlılar daxildir.

Xatırladaq ki, pandemiyanın ötən ilin dekabrında ortaya çıxmasından sonra Çində bütün vəhşi heyvanların ticarəti dayandırılmışdı. Buna baxmayaraq, ticarətin davam etməsi ilə bağlı xəbərlər gəlməkdədir.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp