Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlar ziyarətçilər üçün açıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlara koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədi ilə tətbiq olunmuş giriş məhdudiyyəti aradan qaldırılıb.

Publika.az nazirliyə istinadən xəbər verir ki, bu barədə qərar Nazirlər Kabineti yanında Operativ Qərargahının 18 may 2020-ci il saat 00:00-dan etibarən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə qərarı rəhbər tutularaq verilib.

Qoruqların fəaliyyəti sosial izolyasiya tədbirlərinə uyğun olaraq həyata keçiriləcək.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahının 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi qərarını uyğun olaraq qoruqlara ziyarətçilərin girişinə məhdudiyyət qoyulmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp