Nazirlər Kabinetindən futbol açıqlaması – “Müzakirə olunur, amma…” –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahda futbol və idman yarışları ilə bağlı qoyulan məhdudiyyətlərin ləğvi məsələsi müzakirə olunur.

Qol.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov  Operativ Qərargahın bu gün keçirilən brifinqində bildirib: “Bunun müxtəlif aspektləri götür-qoy edilir. Soyunub-geyinmə otağında  virusa yoluxma ehtimalının nə dərəcədə olmasına baxılır. Bu məsələ ilə bağlı hələlik ortaq məxrəc yoxdur”.

Onun sözlərinə görə, növbəti mərhələlərdə bu məsələnin aktuallaşması mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp