Bakıda sürücülər və 2 sərnişin həbs edildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Paytaxtın Səbail rayonu, Niyazi küçəsində nəqliyyat vasitələrində sərnişinlərin intizamsız davranışlarıyla bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) araşdırılıb.

Publika.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, həmin nəqliyyat vasitələrindən biri “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Mahir Hüseynov, sənişinləri isə Rza Məcidov və Ziliş Cəfərov olub.

Həmin şəxslər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirilərək barələrində İXM-in 510 və 511-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib. Sabail Rayon məhkəməsinin qərarı ilə M.Hüseynov və C.Musayev 30 gün, Z.Cəfərov və R.Məcidov hər biri 10 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp