Lerikin icra başçısı Rövşən Bağırov qardaşının fırıldağını necə ört-basdır edir? –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Lerik RİH başçısı Rövşən Bağırov şikayətçilərin üzərinə “elçil” göndərdi.

Belə ki, Lerik rayon sakinləri tərəfindən dosye.org saytın elektron ünvanına daxil olan şikayət məktubuna əsasən hazırlanan tənqidi məqalə rayonda böyük narazılığa səbəb olub. Məlumat üçün bildirək ki, “Mükəmməl” MMC-nin rəhbəri Fərhad Bağırov  Heydər Əliyev Fondunun dəstəyi ilə 2014-ci ildə rayonun Boy kəndində orta məktəbin tikintisinə rəhbərlik edib. Lakin naməlum səbəblərdən 2016-ci ildə məktəbin tikintisi qəflətən dayandırılıb. Dosye.org-a müraciət edən usta və fəhlələr canla-başla çalışmış, rəhbərliyin tapşırıqlarını yüksək şəkildə yerinə yetiriblər. Elə bu səbəbdən işçi qüvvənin şəxsiyyət vəsiqələri toplanaraq əmək müqaviləsinin bağlanılması üçün rəhbərliyə verilib. Güya, məktəbin tikintisində çalışan usta və fəhlələrlə MMC arasında əmək müqaviləsi bağlanacaq. 2016-ci ildə məktəbin tikintisi dayandırıldıqdan sonra onların şəxsiyyət vəsiqələri geri qaytarılıb. Sonradan məlum olub ki, məktəbin tikintisində çalışan işçi quvvə ilə heç bir əmək müqaviləsi bağlanılmayıb.

Bu gün redaksiyamızla əlaqə saxlayan şikayətçilər bildirirlər ki, Lerik RİH başçısı Rövşən Bağırov məsələnin ciddiliyini nəzərə alıb Fövqəladə hallar üzrə başçının müavini Habil Məlikov, Polis Şöbəsinin rəis müavinin və TŞ-nin müdiri Boy kəndinə göndərib. Kəndin mollası ilə məsləhətləşdikdən sonra şikayətçiləri bir yerə toplayaraq onları şikayət etməməyə məcbur ediblər. Polis Şöbəsinin rəis müavini hətta onları dama atacağı ilə hədələyib. Görünür, Lerik rayonunda vəziyyət heç də ürək açan deyil. Əslində, icra başçısının “elçiləri” kənd sakinləri ilə məsləhətləşməli və onların əmək haqqlarını hissə-hissə ödəyəcəklərinə dair cavabdeh olmalı idi. Lakin Rövşən Bağırovdan təlimat alan “elçilər” bu yolla şikayətçiləri susdurmağa çalışır.

Biz dəfələrlə vurğulamışıq ki, vətəndaşların hüquqlarını tapdalayan və onları dövlətə, eyni zamanda dövlət başçısına qarşı çıxardan məmurlar saytımız tərəfindən sərt təpki ilə qarşılaşacaq. Ən azında hüquqi dövlətdə yaşayan Azərbaycan vətəndaşı gələcəyə nikbin baxmalı, dövlətini sevməli, dövlət başçısının ətrafında sıx birləşməlidir. Bəzən elə quvvə peyda olur ki, Mütəqil Azərbaycanımızın imicinə və inkişafına xələl gətirmək üçün bütün vasitələrdən istifadə edir.

Yuxarda qeyd etdiyimiz “Mükəmməl” MMC-nin rəhbəri Fərhad Bağırov  Heydər Əliyev Fondunun dəstəyi ilə 2014-ci ildə rayonun Boy kəndində orta məktəbin tikintisinə rəhbərlik etsədə,  sonradan işçi qüvvəsinin əmək haqqını verməməklə rayonda narazı kütlənin yetişdirməsiə səbəb oldu.

Dosye.org olaraq bir daha bəyan edirik ki, Lerik RİH başçısı Rövşən Bağırovun qardaşı, “Mükəmməl” MMC-nin rəhbəri Fərhad Bağırov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşların hüquqlarını kobud şəkildə pozub. Hələ bu azmış kimi kənd sakinlərin üzərinə özünə yaxın nümayindələri göndərərək, onları şikayət etməməyə çağırıb.

Məsələ diqqətimizdədir və yenidən mövzüya qayıdacayıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp