Nikol SS-çi babasının fotosunu qəsdən yayıb…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Nikol Paşinyan ölkə lideri kimi bağışlanmaz səhv etdi. Tabeliyində olan xüsusi xidmət orqanlarının köməkliyi ilə o, əcdadlarının tarixini incələyə, babasının nasistlərin düşərgəsində vuruşmasını öyrənə bilərdi. Amma Ermənistan lideri babasının fotoşəkilini sosial şəbəkələrdə məhz Qələbə günündə paylaşdı – guya onun da əcdadları “nasistlərə qarşı” vuruşub.

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış rusiyalı tədqiqatçı, millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov deyib.

“Maraqlıdır ki, Paşinyanın əcdadının tərcümeyi-halında ilk uyğunsuzluqlar erməni KİV-i tərəfindən aşkarlandı və sonradan bu informasiya digərləri tərəfindən tirajlanmağa başladı. Baba Paşinyan haqqında məlumatlar Qərbin SSRİ-nin Böyük Vətən Müharibəsindəki qələbədə payını azaltmaq təbliğatına uyğundur. Yəni onun babası bəlkə də qəhrəmandır, amma Bandera, Şuxeviç, Qaregin Njde, Dro və bu kimi digər ideologiyası nasizm olan, Böyük Vətən Müharibəsində onmilyonlarla insanı qıran SS-çilərin sırasında vuruşanlar üçün”, – deyə müsahibimiz bildirib.

Xatırladaq ki, Böyük Qələbənin 75 illiyi ərəfəsində Qareqin Njdeyə rəsmi olaraq Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan havadarlıq edib. O, Qələbə gününə həsr olunmuş parlamentin onlayn konfransında bildirib ki, onun hökuməti və Paşinyan rejimi üçün Qaregin Njde qəhrəmandır. Həmçinin, Nikol Paşinyan özü də çıxışlarında dəfələrlə Njdeni tərifləyib. Bu son informasiyalardan sonra Ermənistan Respublikasının hazırkı hakimiyyətinin nasist cinayətkarlara bu qədər məhəbbətinin təsadüfi olmadığı üzə çıxır. Məlum olur ki, Nikol Paşinyan (hazırkı baş nazirin babası) 1943-cü ildə Nasist Almaniyası sıralarında, daha dəqiq desək, SS-in legionunda Qaregin Njde ilə çiyin-çiyinə döyüşüb. Onda Ermənistanın hazırkı Baş nazirinin babası nasist kollaborasionist ola bilərmi?

Nikol Paşinyanın özünün tərcümeyi-halını nəzərə alsaq, cavab bəlli olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp