“Məhdudiyyət müddəti uzandıqca məişət zorakılığı halları da çoxalır”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Əhali iki aya qədər sərt təcrid şəraitində yaşaya bilər, insan psixologiyası karantin rejiminə bu qədər müddət dözməyə qadirdir. Lakin sosial təcrid müddətinin uzanması təcavüz, məişət zorakılığı və spirt istehlakının əhəmiyyətli dərəcədə artması təhlükəsinə səbəb ola bilər.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Əməkdar həkimi və Rusiya Elmlər Akademiyasının Biomedikal Problemlər İnstitutu rəhbərinin müavini Yuri Bubeyev deyib.

“İzolyasiya şərtləri sərtdirsə, insanın mövcud duruma tab gətirə biləcəyi məhdud müddət bir ay yarım və ya iki aydır. Bundan sonra gizli qarşıdurmalar açıq formaya keçə bilər, bu, təcavüzə, məişət zorakılığına və alkoqolizmə gətirib çıxara bilər. Məhdudiyyət müddəti uzandıqca məişət zorakılığı halları da çoxalır və bunların sayının hələ artacağına hazırlaşmaq lazımdır” , – deyə professor xəbərdarlıq edib.

Yuri Bubeyev onu da əlavə edib ki, insanlar könüllü şəkildə özünü təcrid edibsə, müddətin uzadılması onlara təsir etməyəcək: “Burada insanın hansı şəraitdə olması böyük rol oynayır. Bu yaxınlarda Hindistandan ekspedisiyadan qayıtdım. Orada 20 ildir təcrid olunmuş bir rahibi araşdırdıq. Özünü yaxşı hiss edir, hər şeydən məmnundur”, – deyə həkim “RİA Novosti”-yə müsahibəsində bildirib.

Aytən Məftun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp