ABŞ Senatından Tramp qarşısında ŞOK TƏLƏB: Çini vuracaq “silahlar”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan senatorları Prezident Donald Trampa koronavirus pandemiyasında əməkdaşlıq etməməsi səbəbilə Çinə sanksiya tətbiq etmə səlahiyyəti verən qətnamə hazırlayıb.

Publika.az xəbər verir ki, Lindsi Qrehem tərəfindən təqdim olunan “COVID-19 Məsuliyyət Qanunu” başlıqlı qətnaməyə nüfuzlu senatorlar dəstək verib.

Çin hökumətinin COVID-19-a qarşı beynəlxalq araşdırmalara qatılmasının əhəmiyyəti vurğulanan qanunda Trampdan 60 gün ərzində çinli rəsmilərin özlərinə ünvanlanan sual və analizılərə cavab verib-vermədiyinə dair Senata hesabat təqdim etməsi tələb olunur.

Bundan başqa, Çindən əməkdaşlıqla yanaşı, ölkə miqyasındakı bütün heyvan marketlərini bağlaması və Honkoqnda pandemiyadan sonra həbs edilən bütün siyasi fəalların sərbəst buraxılması istənilir.

Qanunun iqtisadi səviyyəsində isə ABŞ maliyyə mərkəzlərinin çinli qurumlara və bu qurumlarla əməkdaşlıq edən firmalara kredit verməyi dayandırması istənilir.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp