“EuroHome”da baş verən yanğın söndürüldü

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğın söndürülüb.

Publika.az xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da yanğının baş verdiyi əraziyə gəlib.

Nazirə hadisə və söndürmə işləri ilə bağlı məlumat verilib.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev yanğının baş verdiyi əraziyə gəlib.

***

Bu barədə Publika.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Xatırladaq ki, sözügedən bazarda 2019-cu ilin dekabrın 10-da da yanğın baş vermişdi. Həmin vaxt 5 hektar ərazisi olan bazarın 2 hektarı yanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp