Bərdə İH-nin keçirdiyi konfrans gülüş hədəfinə çevrildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirdiyi müşavirə səs-küy yaradıb.

İcra başçısının və digərlərinin videobağlantıya tibbi maska ilə qatılması birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləri bildiriblər ki, belə formada videokonfransın keçirilməsi gülüncdür.

“Videokonfrans mayın 2-də keçirilib. Burada qeyri-adi nəsə yoxdur. Karantin rejimi qaydalarına uyğun olaraq icra başçısı və digərləri videobağlantıya tibbi maska ilə qatılıb”.

Qeyd edək ki, keçirilən videokonfrans rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, Operativ Qərargahın qərarlarından irəli gələn vəzifələr, yerlərdə vəzifə borclarının icrası və təsərrüfat işlərinin gedişinə həsr olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp