Təxliyyə edilən vətəndaşlar məcburi şəkildə karantində saxlanılır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Hazırda ölkəmizdə ciddi karantin rejimi davam edir və müddət 31 may tarixinədək uzadılıb. Bu tarixədək, digər ölkələrə gediş-gəliş müvəqqəti olaraq dayandırılıb. Buna baxmayaraq, xarici ölkələrdəki vətəndaşlarımızın ölkəmizə geri qaytarılması istiqamətində addımlar atılır.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) “Koronavirus İnfo” verilişində Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib.

O, bildirib ki, xaricdə qalan vətəndaşlarımız xüsusi çarter reysi ilə ölkəmizə təxliyyə edilirlər:

L.Abdullayeva onu da deyib ki, Azərbaycana təxliyyə edilən vətəndaşlar məcburi şəkildə və dövlət hesabına karantin rejimində saxlanılır. Geri qaytarılmanın necə həyata keçirilməsi məsələsinə gəldikdə isə XİN rəsmisi qeyd edib ki, təxliyyə planları Azərbaycanda infeksiyanın yayılması vəziyyəti və karantin yerlərinin hazırlığı ilə əlaqəli həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp