Tibb işçilərinin DİQQƏTİNƏ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Nazirlər Kabinetinin dünyada yayılmış koronavirusla (COVID-19) mübarizə çərçivəsində qəbul etdiyi qərara əsasən, Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, 04 may 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

“Belə ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı tibb işçiləri, fərdi formada, gün ərzində 5 nəfərdən artıq olmayaraq sınaq imtahanlarına və hazırlıq təlimlərinə cəlb edilə bilərlər. Həmçinin, həmin ərazilərdəki tibb işçiləri, eyni qaydada, könüllü olaraq, sertifikasiya imtahanlarında iştirak edə bilərlər. Əlavə məlumat üçün (012) 433-08-93 və (099) 891-50-00 telefon nömrəli ilə əlaqə saxlaya bilərlər” – deyə, məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp